Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında dərhal və daimi atəşkəsin vacibliyini açıqlayıb.
“İsrail hökuməti açıq hava həbsxanasına çevirdiyi Qəzzaya humanitar yardımı buraxmamaqla bəşəriyyətə qarşı cinayət törədir. Hər gün artan tarix bu vəhşiliklərə səssiz qalanları bağışlamayacaqdır Rio-de-Janeyro sammitində və bizim təşəbbüslərimiz nəticəsində G20 liderlərinin bəyannaməsində Qəzza ilə bağlı sərt bəyanatlar yer aldı”, – deyə Ərdoğan sammitdə iştirakından sonra bildirib. Yayım TRT Haber telekanalı tərəfindən həyata keçirilib.
Türkiyə lideri xatırladıb ki, ölkəsi Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddiasına qoşulub. “Beynəlxalq sistemin dayandıra bilmədiyi İsrailə qarşı məcburedici tədbirlər beynəlxalq hüquq əsasında həyata keçirilməlidir”, – Ərdoğan qeyd edib. (Tass)