İyun 22, 2025-1:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Möminə Xatın türbəsinin ilkin bərpa layihəsi hazırlanıb

2024:12:13 - 17:19
in MƏDƏNİYYƏT
A A

Naxçıvan Muxtar Respublikasında (MR) yerləşən Möminə Xatın türbəsinin ilkin bərpa layihəsi hazırlanıb.

“Report”un yerli bürosunun məlumatına görə, Möminə Xatın türbəsi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” əsasında bərpa olunur.

Türbənin bərpası və yerləşdiyi ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması məqsədilə Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəri Erix Pummer və şirkətin Azərbaycandakı nümayəndəsi Çingiz Neyman-zadə ilə Naxçıvan MR Mədəniyyət Nazirliyində görüş keçirilib.

Görüşdə nazir müavini, nazir vəzifəsinin müvəqqəti icraçısı Həsən Seyidov və Nazirliyin aidiyyəti sahə üzrə əməkdaşları iştirak ediblər.

Şirkətin rəhbərliyi tərəfindən sentyabrın sonlarında Möminə Xatın türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün keçirilmiş ilkin baxışa əsasən hazırlanmış planlar və məlumatlar çap və elektron versiyada təqdim edilib. Qeyd olunub ki, layihə barədə qısa hesabatda abidənin mövcud vəziyyəti əks olunub.

H.Seyidov bildirib ki, Möminə Xatın türbəsi UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə ilkin siyahısına daxildir və bərpası zamanı detallara xüsusilə diqqət yetirilməlidir. Bərpa zamanı abidənin tarixiliyi qorunub saxlanılmalıdır.

Şirkətin rəhbəri Erix Pumer abidənin ilkin formaya uyğun bərpa ediləcəyini və interyerinin tədqiq edilərək uyğun materialın müəyyənləşməli olduğunu diqqətə çatdırıb. Hər bir halda işin gedişi zamanı yerli alim və mütəxəssislərin də rəylərinin alınacağını qeyd edib.

Həmçinin bərpa layihəsindəki digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Kənan Seyidov Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb

Növbəti Yazı

Bakıda MDB-yə üzv ölkələrin Könüllü Təşkilatlarının Forumu başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.