İyun 20, 2025-23:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qida təhlükəsizliyi sahəsində media savadlılığının artırılması üçün təlim keçirilib

2024:12:28 - 13:26
in SOSİAL
A A

Qida təhlükəsizliyi sahəsində media savadlılığının artırılması üçün təlim keçirilib.

“Report” xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən media subyektlərinin nümayəndələri üçün növbəti təlimlər təşkil edilib.

Təlimlər AQTA-nın fəaliyyətə başladığı dövrdən etibarən, əsas istiqamət kimi aparılan maarifləndirmə xəttinin davamı olaraq jurnalistlərin Agentliyin fəaliyyət istiqamətləri barədə məlumatlandırılması, onların qida təhlükəsizliyi ilə bağlı biliklərinin və bu sahə üzrə peşəkarlıqlarının artırılması, həmçinin ictimai nəzarətin gücləndirilməsi məqsədilə keçirilib.

20-yə yaxın jurnalistin iştirak etdiyi təlimlər çərçivəsində çıxış edən AQTA-nın Aparat rəhbəri Məmmədrəhim Nəcəfov bildirib ki, Agentlik tərəfindən ölkədə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının təmin olunması, həmçinin istehlakçı hüquqlarının qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

Bu istiqamətdə maarifləndirmə işinə, o cümlədən də təlimlərin təşkilinə xüsusi diqqət yetirilir. M.Nəcəfov həyata keçirilən tədbirlər çərçivəsində qida sahəsində istehlakçı hüquqlarını qorumaq və bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı vətəndaş şikayətlərini operativ şəkildə qəbul etmək məqsədilə yaradılan “E-Qidam” mobil tətbiqinin də faydalı olacağına əminliyini ifadə edib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev isə Agentliyin qida təhlükəsizliyinə dair mütəmadi olaraq maarifləndirici tədbirlər keçirdiyini önə çəkib. Bu istiqamətdə ictimai nəzarətin təmin edilməsində media nümayəndələrinin rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra jurnalistlər üçün qida təhlükəsizliyi sahəsində media savadlılığının artırılması üçün təlimlər keçirilib. İştirakçılara HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri), halal sertifikatlaşma və “Ulduz-reytinq” layihəsi barədə ətraflı məlumat verilib. Həmçinin onlar bitki sağlamlığı, o cümlədən bitki mühafizə vasitələrindən istifadə, eləcə də heyvandan insana keçən zoonoz xəstəliklər və heyvanlar arasında epizootoloji vəziyyətin stabil saxlanması barədə məlumatlandırılıb. Təlimlər zamanı müvafiq mövzularla bağlı müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.

Sonda media subyektlərinin nümayəndələrinə təlimlərdə iştiraka görə sertifikatlar təqdim olunub

Əvvəlki Yazı

Azərbaycan və Çinin beyin mərkəzlərinin əməkdaşlığı məlumat boşluğunun aradan qaldırılmasında mühüm rol oynayır

Növbəti Yazı

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib – SƏRƏNCAM

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.