Avqust 14, 2025-7:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan ilə Tacikistan alimləri tarix və etnologiya sahəsində əməkdaşlıq edəcəklər

2025:04:03 - 17:00
in SOSİAL
A A

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə Tacikistan Milli Elmlər Akademiyası A.Doniş adına Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu sənədin imzalanması iki ölkə arasında elmi-tədqiqat sahəsində əməkdaşlığın genişlənməsi və möhkəmlənməsi baxımından əhəmiyyətli addımdır. Memorandum tarix və etnologiya sahələrində mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi aparmasını, elmi resursların paylaşılmasını, müştərək elmi konfransların, simpoziumların, seminarların, toplantıların təşkilini, birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan platforma yaradacaq.

Bu əməkdaşlıq Azərbaycanın və Tacikistanın tarixi və etnologiyasının daha dərindən öyrənilməsinə, elmi fəaliyyətlərin beynəlxalq səviyyədə tanınmasına və mövcud elmi potensialın gücləndirilməsinə imkan yaradacaq.

Xatırladaq ki, 2024-cü il dekabrın 18-də Tacikistanın Düşənbə şəhərində Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib. İclasın yekunlarına dair protokolun “Elm və təhsil sahəsində əməkdaşlıq haqqında” 7-ci bəndinin 7.7 yarımbəndinə əsasən AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə Tacikistan MEA A.Doniş adına Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması əksini tapıb.

Əvvəlki Yazı

Musiqi və incəsənət məktəblərində hər üç müəllimdən biri attestasiyada ən yüksək nəticəni göstərib

Növbəti Yazı

Səfərbərlik Xidmətinin Şuşa şöbəsinin həbsdə olan sabiq rəisinə hökm oxunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.