Rusiya müttəfiqləri və tərəfdaşları ilə birlikdə bütün bəşəriyyətin gələcəyi üçün mübarizə aparır. Bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Erxov diplomatik nümayəndəlikdə Diplomatik işçilər günü münasibətilə keçirilən təntənəli tədbirdə deyib.
“Vətənimiz, ölkəmiz müttəfiqləri, tərəfdaşları və dostları ilə birlikdə çətin mübarizə aparır. O, bütün bəşəriyyətin parlaq gələcəyi üçün mübarizə aparır. Bu, mübaliğə deyil. Bu mübarizədə xarici siyasət cəbhəsi, xarici siyasət istiqaməti böyük əhəmiyyət kəsb edir”, – Yerxov qeyd edib.
Onun sözlərinə görə, öz ərazisində çalışan hər bir diplomat ümumi işə təsirli töhfələr verir.