İyun 19, 2025-6:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

2025:04:21 - 11:52
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin və BDU-nun nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Çin Dili Günü qeyd olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan 20 Aprel – Beynəlxalq Çin Dili Gününün BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsasında 2010-cu ildə təsis edildiyini, bu təşəbbüsün mədəni müxtəlifliyi, BMT-də altı rəsmi dildən bərabər istifadəni təşviq etmək məqsədi daşıdığını bildirib. Dekan Şərqşünaslıq fakültəsində Çin dilinin tədrisi barədə də məlumat verib. Qeyd edib ki, BDU-da 2004-cü ildən Çin üzrə regionşünaslıq ixtisası açılıb. 2011-ci ildən isə Çinin Anhui Universiteti ilə əməkdaşlıq nəticəsində BDU-nun nəzdində Konfutsi İnstitutu fəaliyyətə başlayıb. İnstitutda Çin dili, Çin mədəniyyətinin təbliği və öyrənilməsi sahəsində mühüm işlər görülür. “Çin körpüsü” adlı Çin dili üzrə beynəlxalq yarış təşkil olunur. 2022-ci ildən isə Şərqşünaslıq fakültəsində Çin filologiyası ixtisası açılıb. 2023-cü il dekabrın 8-də BDU, Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı üzrə üçtərəfli müqavilə imzalanıb.

BDU-nun nəzdində Konfutsi İnstitutunun direktoru Vanq Haoqianq isə qeyd edib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi Çin dilinin əsaslarının keyfiyyətli tədrisi, təhsil sahəsində Azərbaycan ilə Çin arasında əməkdaşlığın, elmi və mədəni mübadilənin genişləndirilməsidir.

Tələbələr Çin dilində Beynəlxalq Çin Dili Gününün əhəmiyyətini çatdırıblar. Sonra Çin mədəniyyəti yarmarkasında Çin kalliqrafiyası, oyunlar, rəssamlıq kimi fəaliyyət növlərinə dair nümunələr sərgilənib.

Əvvəlki Yazı

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Növbəti Yazı

Bakıda anbarda baş verən yanğın şiddətlənib, qərargah yaradılıb – YENİLƏNİB-3 –

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.