Avqust 22, 2025-14:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Məktəblilərdən Qarabağın bərpasına dəstək təşəbbüsü

2025:04:22 - 13:55
in SOSİAL
A A

Paytaxtdakı İ.Əfəndiyev adına Elitar gimnaziyanın Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığı çərçivəsində məktəblilər işğaldan azad edilən Qarabağın bərpasına dəstək göstərirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, gimnaziya şagirdləri əl işlərinin satışından əldə etdikləri gəlirləri Qarabağ Dirçəliş Fonduna ianə edərək Qarabağda aparılan bərpa və quruculuq işlərinə öz dəstəklərini nümayiş etdirirlər.

Gimnaziyada keçirilən “Qarabağı birlikdə daha gözəl bərpa edək” adlı sərginin də əsas məqsədi şagirdlərə öz istedadlarını nümayiş etdirmək imkanı yaratmaqla yanaşı, həm də Qarabağla bağlı məlumatlarının artırılmasına, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsinə və ianə mədəniyyətinin təşviq olunmasına xidmət etməkdən ibarətdir.

Sərgidə nümayiş olunan əl işlərinin satışından əldə olunan vəsait işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək vermək məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edilib.

Bu nəcib təşəbbüsü dəyərləndirən Qarabağ Dirçəliş Fondunun rəhbərliyi tərəfindən məktəb təltif edilib və Fondun “İanə sertifikatı” gimnaziyaya təqdim olunub.

Qeyd edək ki, gimnaziyanın şagirdləri Qarabağın bərpasına dəstək təşəbbüslərini daha da genişləndirməyi nəzərdə tuturlar.

Əvvəlki Yazı

Xəzərin cənub-qərb sahilində quşların trofik və biotopik əlaqələrinə dair tədqiqatlar aparılır

Növbəti Yazı

“SOCAR Türkiyə” və Kolumbiya Qlobal Mərkəzinin rəhbər şəxsləri BANM-də olublar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.