Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.
“Report”un məlumatına görə, səhər saatlarından etibarən “Ana harayı” abidəsini ziyarət edən vətəndaşlar abidə önünə tər qərənfillər düzərək faciə qurbanlarına ehtiramlarını bildirirlər.
Ziyarətçilər arasında dövlət və hökumət nümayəndələri, eləcə də ictimai-siyasi xadimlər də var.