Ağdərə rayonunun Həsənriz kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
“Report”un Qarabağ bürosunun məlumatına görə, kəndə yeni köçən ailələrə mənzillərin açarlarının təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri iştirak edib.
Qeyd edək ki, ilk mərhələdə kəndə 25 ailə – 91 nəfər köçürülüb.