Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən hazırda 127 repatriantla sosial reabilitasiya işi aparılır.
Bu barədə APA-ya Nazirlikdən məlumat verilib. Bildirilib ki, repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilir:Xatırladaq ki, repatriant dedikdə, könüllü və ya məcburi şəkildə vətəninə, mənşəcə olduğu yerə, yaxud vətəndaşlığı olduğu ölkəyə qayıdan şəxs nəzərdə tutulur.