İyun 14, 2025-20:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Azərbaycanlı alimlərin nəticəsi Kolmoqorov və Arnoldun işləri ilə eyni cərgədə

2025:05:19 - 13:53
in GÜNDƏM
A A

Azərbaycanlı alimlərin məqalələri Kolmoqorov və Arnoldun işləri ilə eyni cərgədə yer alıb.

Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, məqalə Kolmoqorov-Arnold superpozisiya teoreminə, eyni zamanda, Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları – şöbə müdiri professor Vüqar İsmayılovun və aparıcı elmi işçisi Namiq Quliyevin 2018-ci ildə “Neurocomputing” jurnalında çap etdirdikləri nəticəyə əsaslanır. Belə ki, Kolmoqorov və Arnold hələ keçən əsrin 50-ci illərində ixtiyari kəsilməz çoxdəyişənli funksiyanın birdəyişənli funksiyaların kompozisiyaları və cəmləri vasitəsilə dəqiq göstərilməsi üçün düstur yaradıblar.

Namiq Quliyev və Vüqar İsmayılov isə isbat ediblər ki, həmin düsturda olan bütün birdəyişənli funksiyaları qeyd olunmuş yeganə birdəyişənli funksiya ilə əvəz etməklə iki gizli laylı neyron şəbəkə modeli almaq olar və bu modelin vasitəsilə ixtiyari kəsilməz çoxdəyişənli funksiyanı istənilən dəqiqliklə approksimasiya etmək olar. Bundan əlavə sözü gedən qeyd olunmuş funksiya da alqoritmik qurulub (https://doi.org/10.1016/j.neucom.2018.07.075).

Nüfuzlu beynəlxalq jurnalda institut əməkdaşlarının adlarının Kolmoqorov və Arnold kimi dahi alimlərlə yanaşı çəkilməsi onların aldıqları nəticənin vacibliyindən xəbər verir. Bu istinad və elmi nəticənin beynəlxalq səviyyədə tanınması, Azərbaycan elminin yüksək səviyyədə təmsil olunduğunu və riyaziyyatın nəzəri aspektlərinin süni intellekt və neyron şəbəkələr kimi müasir sahələrə tətbiqində əhəmiyyətli rol oynadığını bir daha göstərir.

Qeyd edək ki, indiyə qədər Namiq Quliyev və Vüqar İsmayılovun həmin nəticəsinə müxtəlif xarici mütəxəssislərin 100-ə yaxın istinadları olub.

 

Əvvəlki Yazı

Çində Azərbaycan dili virtual formada tədris olunur

Növbəti Yazı

Kənd Təsərrüfatı Nazirliyi 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul elan edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.