İyun 17, 2025-8:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“AzerGold”da IE Universiteti tərəfindən dayanıqlı inkişaf mövzusunda təlim keçirilib

2025:05:19 - 15:56
in İQTİSADİYYAT
A A
“AzerGold” QSC-nin Dayanıqlı inkişaf üzrə tədbirlər planına uyğun olaraq İspaniyanın beynəlxalq nüfuzlu IE Universiteti (Universidad Instituto de Empresa) tərəfindən “Qlobal enerji sistemi, iqlim dəyişmələri və enerji keçidi” mövzusunda əməkdaşlar üçün təlim keçirilib.

“APA-Economics” xəbər verir ki, universitetin professoru, enerji keçidi və dayanıqlı inkişaf sahəsində beynəlxalq ekspert Dr. Ana Diaz Vaskesin moderatorluğu ilə keçirilən təlim qlobal enerji sistemində baş verən mühüm transformasiyalar və enerji keçidi prosesindəki son yeniliklər barədə məlumatlılığın artırılması məqsədi daşıyıb.

Təlimdə əvvəlcə 2024-cü il də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə tutduğu mövqe, oynadığı rol və verdiyi töhfələrdən bəhs olunub. Daha sonra qlobal enerji sistemində baş verən mühüm transformasiyalar və enerji keçidi prosesindəki son yeniliklərdən danışan professor qlobal enerji sisteminin strukturu, ənənəvi və bərpa olunan enerji mənbələri, enerji istehsalı, ötürülməsi və istehlak zənciri barədə məlumat verib. Dr.A.D.Vaskes müxtəlif illərdə karbon qazı emissiyasına görə ön sıralarda qərarlaşan region və ölkələrin sıralamasını təqdim edib, ayrı-ayrı dövlətlərin iqtisadi artım fonunda karbon qazı izinin azaldılması istiqamətində fəaliyyətlərindən, əldə etdiyi təcrübələrdən danışıb.

Professor, həmçinin Azərbaycanın 2030-cu ilədək elektrik enerjisində bərpaolunan enerjinin payının 30%-ə çatdırılması istiqamətində hədəfinə toxunaraq, bu məqsədlə günəş, külək enerjisi kimi bərpaolunan enerji layihələrinə investisiyaların artırılması ilə bağlı çalışmaların iqlim dəyişikliyi ilə mübarizəyə müsbət təsirlərinin olacağını qeyd edib.

Təlim sual-cavab sessiyası və mövzu ətrafında müzakirələrlə davam edib.

Əvvəlki Yazı

Qahirədə Britaniya Beynəlxalq məktəbində Azərbaycan mədəniyyəti tanıdılıb

Növbəti Yazı

Azərbaycanın xaricdən banan alışına çəkdiyi xərc 11 faiz artdı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.