İyun 14, 2025-20:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

IV Sumqayıt Kitab Sərgisi keçiriləcək

2025:05:21 - 14:24
in GÜNDƏM
A A

Mayın 27-28-də “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə IV Sumqayıt Kitab Sərgisi təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, sərgi Sumqayıt Dövlət Universitetinin inzibati binasında keçiriləcək.

Sərgidə SDU tələbələri ilə yanaşı, Sumqayıt sakinlərinin də iştirak etməsi üçün universitetdə “Açıq qapı günü” elan olunub.

Sərginin ilk günü Milli Mətbuatın yaranmasının 150 illiyinə, ikinci günü isə Müstəqillik Gününə həsr ediləcək.

Bayram əhvali-ruhiyyəli sərgidə minlərlə kitab 90 faizədək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları təşkil olunacaq.

Yazıçılar Şəmil Sadiq, Varis, Elxan Elatlı, Aynur Cavid, Elgüsel, Əziz Sultan, Səxavət Məmməd, Mürşüd İsmayılzadə, Əziz Yaqubzadə, tarixçi Boran Əziz, təlimçilər Aysel Rəsulzadə, Orxan Şahbaz, musiqiçi Hüseyn Cəfərin iştirakı ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri və musiqili proqramlar keçiriləcək.

İki gün davam edəcək sərgi hər gün 10:00-dan 20:00-dək oxucular üçün açıq olacaq.

Sərgidə 25-dən çox nəşriyyatın iştirakı gözlənilir.

Giriş sərbəstdir.

Əvvəlki Yazı

Lavrov: Ermənistan münaqişə zamanı Rusiya silahlarından istifadə edib

Növbəti Yazı

Peskov: Rusiyanın atəşkəs üçün şərtlərinin siyahısı ayrıca hazırlanmalıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.