İyun 17, 2025-2:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Rektor: Gənclərimiz öz milli köklərinə bağlı və tarixini dərk edən bir nəsil kimi yetişməlidir

2025:05:22 - 12:17
in SOSİAL
A A

Müasir dövrdə qloballaşmanın, internet və media təsirlərinin sürətlə artdığı bir zamanda hər bir ölkənin qarşısında duran əsas vəzifələrdən biri də milli-mədəni irsin, tarixi ənənələrin və mənəvi dəyərlərin qorunmasıdır. Bu baxımdan, cəmiyyətin hər bir üzvünün, xüsusilə də elm və təhsil müəssisələrinin üzərinə mühüm məsuliyyət düşür. Universitet olaraq biz də bu istiqamətdə fəaliyyətimizi davam etdiririk və əlimizdən gələni edirik ki, gənclərimiz öz milli köklərinə bağlı, zəngin tarixini və dəyərlərini dərk edən bir nəsil kimi yetişsinlər. Əminik ki, birgə səylər nəticəsində milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində mühüm nəticələr əldə olunacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xəzər Universitetinin rektoru professor Məhəmməd Nuriyev “Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, kənardan yayılan və milli dəyərlərlə ziddiyyət təşkil edən informasiya axınları, xüsusilə də bəzi media vasitələrində təqdim olunan mövzu və materiallar gənc nəsildə dəyərlərin yanlış qavranmasına, mədəni yadlaşmaya səbəb ola bilər: “Belə bir şəraitdə düzgün seçim etmək, milli kimliyimizi və mənəvi zənginliyimizi saxlamaq daha da çətinləşir. Bu kontekstdə, mədəni irsimizin qorunması, milli ənənələrimizin gənc nəsillərə düzgün formada çatdırılması və cəmiyyətimizdə sağlam mənəvi mühitin yaradılması istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. İki dost və qardaş ölkə – Azərbaycan və Türkiyə arasında bu sahədə həyata keçirilən birgə təşəbbüslər də təqdirəlayiqdir”.

Əvvəlki Yazı

Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb

Növbəti Yazı

QMİ-nin Əsasnaməsində dəyişiklik edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.