İyun 17, 2025-12:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan Müasir İncəsənət Muzeyində “Pink planet” adlı fərdi sərgi açılıb

2025:05:25 - 12:30
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Müasir İncəsənət Muzeyində tanınmış multimedialı rəssam Vüsalə Ağarazıyevanın “Pink planet” adlı fərdi sərgisi açılıb.

Sərginin açılışından əvvəl AZƏRTAC-a açıqlama verən rəssam qeyd edib ki, bu layihənin bir hissəsi ilk dəfə 2024-cü ildə 60-cı Venesiya Biennalesində, Azərbaycanın pavilyonu çərçivəsində nümayiş olunub.

Onun sözlərinə görə, sərgidə layihənin tam və genişləndirilmiş versiyası təqdim edilir. “Layihədə Biennalenin əsas mövzusu olan “Yadlar hər yerdə” ideyasına istinad olunaraq, yadlıq hissini coğrafi və mədəni sərhədlərdən kənara çıxarıb, daha çox insanın daxili dünyası ilə bağlı bir hal kimi olduğu göstərilib. “Pink planet” insanın bəzən özünə belə yad gəldiyi daxili landşaftdır. Layihə rəsm, instalyasiya, musiqi, mətn, videoanimasiya və interaktiv oyun elementlərinin sintezi üzərində qurulub. Hər bir komponent layihənin əsas ideyası olan təxəyyül və onun insan həyatındakı rolu ətrafında birləşir”,- deyə rəssam əlavə edib.

Sərginin kuratoru Nigar Rzayeva sərginin məqsədindən söhbət açıb: “Bizim məqsədimiz sadəcə vizual effekt yaratmaq deyil, tamaşaçının düşünməsi və hiss etməsi üçün şərait formalaşdırmaq idi. Vüsalə Ağarazıyeva dürüst və dərin təfəkkürlü yaradıcılığı ilə diqqəti saxlamağı bacaran sənətkardır. O, təxəyyülü bir qaçış vasitəsi kimi deyil, yaşamın ayrılmaz hissəsi kimi təqdim edir. Bu sərgi bizə xatırladır ki, təxəyyül yalnız arzulamaq üçün deyil, ən çətin anlarda belə güvənəcəyimiz bir dayaqdır”.

Müasir incəsənətin müxtəlif formalarının sintezinin yer aldığı sərgi 1 ay davam edəcək.

Əvvəlki Yazı

Batumidə yaşayan Qərbi azərbaycanlı: İnanıram ki, tezliklə Zəngəzura qayıdacağıq

Növbəti Yazı

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında türksoylu ölkələrdən 20-dən çox qələm adamı iştirak edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.