İyun 16, 2025-13:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

TRT radiosunda 28 May – Müstəqillik Gününə həsr olunan proqram yayımlanıb

2025:05:26 - 14:46
in MƏDƏNİYYƏT
A A

Türkiyənin “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında hər bazar günü yayımlanan “Azərbaycan rüzgarı” verilişinin bu həftədəki proqramı 28 May – Müstəqillik Gününə həsr olunub.

AZƏRTAC xəbər verir ki, proqramda Azərbaycanın müstəqillik tarixini əks etdirən şüarlar, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” və ədəbiyyatımızın görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavadın “Azərbaycan” şeri səsləndirilib.

Verilişdə Azərbaycanın keçdiyi müstəqillik yolu haqqında məlumat verilərək, bu gün dünya səhnəsinin ən önəmli aktorlarından birinə çevrildiyi vurğulanıb.

Proqram çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Azərbaycan rüzgarı-2” rəqəmsal musiqi albomunun təqdimatı olub.

Bununla bağlı verilişin müəllifi və aparıcısı Səidə Ömər AZƏRTAC-a müsahibə verib. Bildirilib ki, “Azərbaycan rüzgarı” proqramının əsas hədəflərindən biri də Türkiyədə milli mədəniyyətimizi, ədəbiyyatımızı, xüsusilə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısında yer alan milli musiqi alətlərimizi təbliğ etməkdir.

Bu səbəblə Azərbaycan Diasporuna Dəstək Fondunun töhfələri ilə Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət rəqəmsal musiqi albomu hazırlanıb. Albomda yer alan musiqi əsərləri azərbaycanlı tarzən, Türkiyənin Qazi Universitetinin doktorantı Pərviz Musayev tərəfində ifa edilib. Albomda muğamlar və “Laçın”, “Azərbaycan maralı”, “İrəvanda xal qalmadı”, “Tellərini yan dara qız” xalq mahnıları yer alıb.

Musiqinin müşayiəti ilə Səidə Ömər tərəfindən Mikayıl Müşfiqin “Oxu tar” və Rəsul Rzanın “Mən torpağam” şerləri səsləndirilib.

Layihənin həyata keçirilməsi üçün Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürünü ifadə edən Səidə Ömər bildirib ki, fond Türkiyənin fərqli televiziya kanallarında yayımlanan “Azərbaycan rüzgarı” proqramına dəstəklərini əsirgəməyib. Hazırlanan albomun fond tərəfindən “TRT İstanbul” radiosu arxivinə hədiyə edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İstanbulda 28 May – Müstəqillik Günü və “Konstitusiya və Suverenlik İli” ilə bağlı keçirilən konsertdə albomdan səsləndirilən “Laçın” və “İrəvanda xal qalmadı” mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Əvvəlki Yazı

Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə “Kitab həftəsi”ndə iştirak edib

Növbəti Yazı

Bakı, Sumqayıt və Abşeronda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.