130-dan çox ölkədən nümayəndə oktyabrda Pekində keçiriləcək “Bir kəmər – bir yol” (“Kəmər və Yol”) beynəlxalq forumunda iştirakını təsdiqləyib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.
“Hazırda 130-dan çox ölkənin nümayəndəsi forumda iştirakını təsdiqləyib”, – o, brifinqdə deyib.
Rəsmi nümayəndə aydınlaşdırıb ki, tədbir bir çox beynəlxalq təşkilatların da diqqətini cəlb edib. O qeyd edib ki, təşkilatçılar foruma hazırlaşır.
Vanq Venbinin sözlərinə görə, Çin maraqlı tərəflərlə əlaqə saxlayır. “Biz Kəmər və Yol layihələrində fəal iştirak edən tərəfdaşları Pekinə gəlməyə dəvət edirik ki, əməkdaşlıq üçün daha geniş imkanları birlikdə müzakirə edək”.
“Bir kəmər – bir yol” təşəbbüsü 2013-cü ildə Çin Sədri Si Cinpin tərəfindən maraqlı ölkələrin iştirakı və Çin, eləcə də xarici kapitalın istifadəsi ilə beynəlxalq çoxtərəfli ticarət və investisiya layihələrinin genişləndirilməsi üçün təklif edilmiş konsepsiyadır. Artıq 150-dən çox dövlət və 30-dan çox beynəlxalq təşkilat ona qoşulub.