İyun 13, 2025-2:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Respublika Gənclər Kitabxanasında Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş biblioqrafik icmal hazırlanıb

2025:06:11 - 14:15
in MƏDƏNİYYƏT
A A

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Fikrət Qoca – Azərbaycan poeziyasında yeni ovqat” adlı biblioqrafik icmal hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan materialda Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının, akademik Bəkir Nəbiyevin “Şair fərdiyyəti”, yazıçı-publisist Pərvinin “Cildlərə sığmayan şair” adlı məqalələrinin tam mətni, elm, mədəniyyət, ədəbiyyat, mətbuat sahəsinin nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır.

Biblioqrafik icmalda Fikrət Qocanın əsərləri, ön söz yazdığı, redaktə və tərtib etdiyi, məsləhətçisi olduğu kitabların, haqqında qələmə alınan nəşrlərin, məqalələrin biblioqrafik icmalı, şairin dövri mətbuatda dərc edilən şeir və yazılarının siyahısı verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan icmalda müəllifin müxtəlif illərdə dərc edilən “Seçilmiş əsərləri”, “Hələlik, qiyamətəcən…,” “Taleyin ağır taleyi”, “Ömrümdən anlar”, “Adi həqiqətlər” və haqqında qələmə alınan “Əbədiyyətə qovuşan “Od oğlu”, “Fikrət Qocanın yaradıcılıq yolu”, “Azərbaycan poeziya çələngi” kimi 50-dən çox kitabın qısa annotasiyası və biblioqrafik təsviri təqdim edilir.

Əvvəlki Yazı

Kəmaləddin Heydərov İtaliya səfiri ilə görüşüb

Növbəti Yazı

“İnsan hüquqları və sosial ədalət” adlı veblioqrafiya təqdim edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.