İyul 16, 2025-17:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU Qlobal Dayanıqlı İnkişaf Konqresində öz stendi ilə təmsil olunur

2025:06:17 - 12:35
in SOSİAL
A A

Bakı Dövlət Universiteti (BDU) Türkiyənin İstanbul şəhərində keçirilən Qlobal Dayanıqlı İnkişaf Konqresində Azərbaycan pavilyonunda öz stendi ilə təmsil olunur.

BDU-dan AZƏRTAC-a bildirilib ki, stenddə bu universitetin dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi təhsil və tədqiqat təşəbbüsləri, beynəlxalq əməkdaşlıq strategiyaları, yaşıl kampus təşəbbüsləri və iqlim dəyişikliklərinə uyğunlaşdırma ilə bağlı layihələri ziyarətçilərə təqdim olunur. Həmçinin BDU-nun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq həyata keçirdiyi fəaliyyətlər, universitetin beynəlmiləlləşmə strategiyası çərçivəsində əldə etdiyi uğurlar və gələcək əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilir. Stend ətrafında interaktiv müzakirələr BDU-nun təcrübəsinin paylaşılması və yeni tərəfdaşlıqların qurulması baxımından əhəmiyyətli imkanlar yaradıb.

BDU-nun bu cür beynəlxalq tədbirlərdə iştirakı universitetin qlobal miqyasda tanınmasına, elmi əməkdaşlıqların genişlənməsinə və Azərbaycanın ali təhsil sektorunun beynəlxalq platformalarda layiqincə təmsil olunmasına mühüm töhfə verir.

Dörd gün davam edəcək bu mühüm beynəlxalq tədbir “Times Higher Education” reytinq agentliyi və Türkiyə Ali Təhsil Şurasının birgə təşəbbüsü ilə təşkil edilib. Konqres ali təhsil müəssisələri, tədqiqat mərkəzləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində apardıqları fəaliyyətləri müzakirə, qlobal əməkdaşlığı təşviq etmək və ortaq həll yollarını müəyyənləşdirmək üçün əhəmiyyətli platforma rolunu oynayır.

 

Əvvəlki Yazı

2024-2025-ci tədris ilində paytaxtda 43 mindən çox şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb

Növbəti Yazı

Dövlət qurumunda işə düzəltmək adı ilə dələduzluq etməkdə şübhəli bilinən qadın məsuliyyətə cəlb edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.