İyul 18, 2025-4:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ANAMA sədri: Hazırda Ağdamda “Sarıcalı 008” sahəsi minalardan təmizlənmək üzrədir

2025:06:17 - 13:11
in SOSİAL
A A

Hazırda Ağdam rayonunda “Sarıcalı 008” sahəsinin minalardan təmizlənmə prosesi yekunlaşmaq üzrədir.

“Report”un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda mina təmizləmə əməliyyatları rayonun Sarıcalı kəndi ərazisində buraya köçürülən əhaliyə kənd təsərrüfatı məşğuliyyəti məqsədilə ayrılmış ərazidə aparılır:

“Böyük Qayıdış” planına uyğun olaraq artıq əhalinin işğaldan azad olunmuş ərazilərə köçürülərək məskunlaşması prosesi davam etdirilir. Birinci mərhələ olaraq biz Sarıcalı kəndinin ərazisini təmizləmişik. İkinci mərhələ kimi Sarıcalı kəndinin ətrafında kənd təsərrüfatı təyinatlı torpaqlar təmizlənməlidir ki, kənd əhalisi burada çalışa bilsin.

Sarıcalı kəndi keçmiş təmas xəttinə düşən ərazilərdən biridir. Burda təxminən 30 il ərzində minalanma baş verib. Həddindən artıq minalarla çirklənmə var. Amma bizim qüvvələr burada kifayət qədər uğurla çalışırlar. Hazırda “Sarıcalı 008” sahəsinin minalardan təmizlənmə prosesi yekunlaşmaq üzrədir. Bundan sonra növbəti əraziyə keçiləcək”.

V.Süleymanov müharibədən sonra minalardan təmizlənən ərazilər və tapılan hərbi sursatlar barədə də məlumat verib:

“Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindən sonra Ağdam rayonu üzrə 35 min hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Minatəmizləmə fəaliyyəti işğaldan azad olunmuş bütün rayonlarla yanaşı, Qazax rayonunda da icra olunur. Bu günə qədər 206 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan tamamilə təmizlənib, 199 minə yaxın mina və partlamamış hərbi sursatlar aşkarlanaraq zərərsizləşdirilib”.

Əvvəlki Yazı

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəzanın səbəbi açıqlanıb

Növbəti Yazı

Azərbaycanda peşə təhsili ilə bağlı bir sıra proqramlar Türkiyə təcrübəsi əsasında hazırlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.