Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların sonuncu qrupu Bakıya çatıb.
Bunu Teleqraf -a açıqlamasında Qafqaz Müsəlmanları (QMİ) İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, sonuncu zəvvar qruplarında təxmini 190 nəfər olub.
“Hacılar Heydər Əliyev Beynəlxalq Hava Limanına çatıblar. Onlar bu gün sonuncu reyslə yola çıxıb AZAL-la Azərbaycana qayıdıblar”, – o əlavə edib.
Qeyd edək ki, QMİ bu il 1250 azərbaycanlı zəvvarı Məkkəyə Həcc ziyarətinə aparıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edib. Ziyarət vahid formada təşkil olunub və hava nəqliyyatı ilə həyata keçirilib.