Avqust 18, 2025-16:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Varşavada “Armudu stəkan uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

2025:06:21 - 14:50
in MƏDƏNİYYƏT
A A

Azərbaycanın Polşadakı səfirliyi və Varşava Universitetinin Şərqşünaslıq Fakültəsinin nəzdində Azərbaycan Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə Varşava məktəblərində ibtidai sinif şagirdləri arasında “Armudu stəkan uşaqların gözü ilə” müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, məktəblərdə təşkil olunan master-klasslarda şagirdlərə ölkəmizin zəngin mədəniyyəti barədə məlumat verilərək bu zəngin mədəniyyətin özünü ecazkar musiqimiz, şux rəqslərimiz, incə miniatür rəsmlərimiz, əllə toxunmuş ecazkar xalçalarımız, nəfis mətbəximizdə əks olunduğu bildirilib. Həmçinin, uşaqlara ənənəvi çay dəstgahı, armudu stəkanlarda çay, müxtəlif mürəbbə növləri, limon, ləbləbi, milli şirniyyatlarımızdan ibarət çay süfrəsindən bəhs edilib.

Müsabiqə çərçivəsində uşaqlar armudu stəkanlar üzərində müxtəlif naxışlar təsvir edib və onları müxtəlif dekorlarla bəzəyiblər.

Tədbirin sonunda uşaqlara milli mətbəximizdən nümunələr təqdim olunub. Müsabiqədə iştirak edən uşaqlar və onların müəllim və valideynlərinin iştirakı ilə səfirlikdə mükafatlandırma mərasimi keçirilib. Qaliblər diplomlarla təltif edilib, onlara milli ornamentlərə bəzədilmiş armudu stəkanlar, eləcə də müxtəlif suvenirlər hədiyyə olunub.

Əvvəlki Yazı

Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub

Növbəti Yazı

Bu gün görkəmli ədib Abbasqulu ağa Bakıxanovun doğum günüdür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.