İyul 3, 2025-5:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanın Xorvatiyadakı səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü olub

2025:06:25 - 10:24
in MƏDƏNİYYƏT
A A

İyunun 24-də Xorvatiyadakı səfirliyimizdə Azərbaycan və Xorvatiyanın mədəniyyət və yaradıcı sənaye (MYS) təmsilçilərinin iştirakı ilə B2B (business-to-business) formatlı görüş keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir iki ölkə arasında yaradıcı sənaye ilə bağlı ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə yönəlib.

Görüş çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə brifinq təşkil olunub. Nazir hərtərəfli münasibətlərin inkişafı üçün əsas kimi mədəni mübadilənin vacibliyini vurğulayaraq yaradıcı sənaye, incəsənət və iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verə biləcək digər mədəniyyət sahələrində birgə layihələr üçün böyük potensialın olduğunu qeyd edib.

İşgüzar görüşdə yaradıcı sənaye nümayəndələri əməkdaşlıq üçün konkret imkanları, o cümlədən investisiya layihələrini, ixrac-idxal əməliyyatlarını və birgə müəssisələrin yaradılmasını müzakirə ediblər. Bu cəhdlərin tərəfdaşlığın dərinləşməsinə kömək etdiyinə, həm Azərbaycanda, həm də Xorvatiyada iqtisadi artım üçün yeni perspektivlər açdığına əminlik ifadə olunub.

Azərbaycan səfirliyində keçirilən görüş ikitərəfli münasibətlərin inkişafında mühüm addım olaraq hər iki ölkənin biznes dairələri və dövlət qurumları arasında dialoqun genişlənməsinə qarşılıqlı marağı təsdiqləyib.

Əvvəlki Yazı

Aqrar Kredit və İnkişaf Agentliyi 5 ayda 43 milyon manata yaxın güzəştli kredit verib

Növbəti Yazı

Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.