İyul 15, 2025-11:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ədəbiyyat İnstitutu milli mətbuatın150 illiyini Xaçmazda qeyd edib

2025:07:14 - 16:56
in SOSİAL
A A

Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə imzaladığı Sərəncama əsasən respublika səviyyəsində tədbirlər davam edir. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi Xaçmaz rayonunun Qımıl Qışlaq kənd bələdiyyəsində milli mətbuatın 150 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Şöbənin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd mətbuat tariximizlə bağlı geniş məruzə edib, əməkdaşların bu istiqamətdəki fəaliyyətləri barədə məlumat verib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib.

Tədbirdə Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Gülbəniz Babayeva “Əkinçi”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus” qəzetləri və “Molla Nəsrəddin” jurnalı haqqında ətraflı məruzə edib. Şöbənin baş elmi işçisi filologiya elmləri doktoru Elçin Mehrəliyev Azərbaycanın müstəqillik dövrü publisistikası, 44 günlük Vətən müharibəsi və həmin dövrdə publisistikada Ali Baş Komandan İlham Əliyev obrazını təsvir edən məruzə ilə çıxış edib. Aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın 1961-ci ildə nəşrə başlayan və bu gün də fəaliyyətini davam etdirən “Elm və həyat” jurnalının tarixi haqqında məruzəsi dinlənilib, eləcə də şöbənin əməkdaşları Şahanə Məmmədova, Leyla Məmmədova, Samirə Kərimova, Kəminə Dadaşova, Hacıməhəmməd Mahmudov və başqaları çıxış ediblər.

Mədəniyyət evinin bədii rəhbəri, qiraətçi Elçin İbrahimov dövri mətbuatda çap olunmuş Azərbaycan poeziyasından nümunələr səsləndirib.

Son olaraq Xaçmaz rayon Qımıl Qışlaq kənd bələdiyyəsinin sədri Ceyhun Mustafayev Ədəbiyyat İnstitutunun rəhbərliyi və Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşlarına tədbirin təşkil olunmasına görə təşəkkürlərini bildirib.

Əvvəlki Yazı

Jeleznyak: Umerov ABŞ-da səfir, Şmıqal isə Ukrayna Müdafiə Nazirliyinə rəhbərlik edəcək

Növbəti Yazı

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.