Avqust 12, 2025-12:24
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Baş Prokurorluq “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağdamda regional konfrans keçirir

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə ölkə üzrə prokurorluq orqanları tərəfindən silsilə tədbirlər həyata keçirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu tədbirlərin davamı olaraq, bu gün işğaldan azad olunmuş Ağdam şəhərində Baş Prokurorluğun təşkilatçılığı ilə “Aghdam City Hotel”də “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Təməli” mövzusunda regional konfrans keçirilir.

Konfransda 10-a yaxın regionun prokurorluq orqanlarının mediaya məsul əməkdaşları, dövlət və qeyri-hökumət təşkilatları, media qurumları, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edirlər.

Tədbirdən öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Ağdam şəhərində ucaldılmış abidəsini ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov və digər rəsmilər iştirak edir.