Avqust 12, 2025-0:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Azərbaycanda kənd təsərrüfatı” fotomüsabiqəsinə yekun vurulub

2025:07:23 - 13:44
in İQTİSADİYYAT
A A

Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycanda kənd təsərrüfatı” fotomüsabiqəsinin nəticələrinin elan edilməsi ilə əlaqədar tədbir və sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu, “Agrodairy” şirkəti və Azərbaycan Fotoqrafları Birliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ölkəmizin bölgələrinə, kənd təsərrüfatı sahəsinə və burada çalışan zəhmətkeş insanların həyatına, fəaliyyətinə cəlb etmək, aqrar sahə üzrə peşələrin nüfuzunu artırmaq, əhali arasında yaradıcılığı və sosial fəallığı stimullaşdırmaqdır.

Müsabiqəyə kənd təsərrüfatı, aqrar sahədə fermerlərin fəaliyyətini, gündəlik həyatını, əkin və məhsul yığımı prosesini əks etdirən, həmçinin kənd təsərrüfatı heyvanları, bitkiləri və kənd təsərrüfatı texnikalarına aid fotoaparatla yanaşı, smartfon və dronla çəkilmiş minə yaxın fotoşəkil qəbul edilib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, bu cür müsabiqə və yarışların keçirilməsi aqrar sahədə həyata keçirilən tədbirlərin fotoqrafların fotoobyektivləri vasitəsilə ifadə edilməsi, kənd təsərrüfatı sahəsində yeniliklərin və fermerlərin zəhmətinin nümayiş olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Müsabiqəyə göndərilən fotoşəkillər münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilib. Müsabiqədə Vüqar İbadovun müəllifi olduğu “Böyük torpağın balaca sahibi – Xocalı sakini” fotoşəkli birinci, İlham Mustafayevin müəllifi olduğu “Yamacda sürü” fotoşəkli ikinci, Cavid Rzayevin müəllifi olduğu “Çoban və quzu” fotoşəkli üçüncü yerə layiq görülüb. Müsabiqədə qalib gələn fotoşəkillərin müəlliflərinə diplom və pul mükafatları təqdim olunub.

Bununla yanaşı, sərgidə nümayiş olunan 5 ən yaxşı fotonun – “Kök yığan qadın” fotoşəklinin müəllifi Famil Mahmudbəyli, “Pambıq emalı” fotoşəklinin müəllifi Elxan Qəniyev, “Kürdəmirdə qarpız yığımı” fotoşəklinin müəllifi Ramil Zeynalov, “Günəbaxanlar” fotoşəklinin müəllifi Cavid Abdullayev və “Balıq ovu” fotoşəklinin müəllifi Kürçaylı Məmmədov, eləcə də 30 ən yaxşı fotonun müəllifi müxtəlif məbləğdə pul mükafatlarına layiq görülüblər.

Əvvəlki Yazı

Peskov: Rusiya və Ukrayna əsirlərin və cəsədlərin davamlı mübadiləsini müzakirə edəcək

Növbəti Yazı

Peskov: İstanbul danışıqlarında ilk növbədə memorandumlar müzakirə olunacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.