“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev avqustun 22-də saat 10:00-da Qazax rayonunda Qazax, Ağstafa və Tovuz sakinləri üçün vətəndaş qəbulu keçirəcək.
“Report” səhmdar cəmiyyətə istinadən xəbər verir ki, qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir.
Qəbul Qazax rayonu, Heydər Əliyev Mərkəzində keçiriləcək.