Avqust 12, 2025-3:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Qərbi Azərbaycan Xronikası: Ermənistan İrana, Rusiyaya, eləcə də Avropadakı müttəfiqi Fransaya “pas” atır

2025:08:01 - 10:20
in SİYASƏT
A A

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Report” xəbər verir ki, “Paşinyan Rusiya rəhbərliyi ilə Zəngəzur dəhlizini müzakirə edib” adlı süjetdə Zəngəzur dəhlizi ətrafında baş verən proseslər fonunda Ermənistanda “müharibəyə hazırlıq” təbliğatının aparılmasına yer verilir.

Bildirilir ki, rəsmi İrəvan bir tərəfdən danışıqlar masasında əyləşib və hər fürsətdə sülhə hazır olduğunu bəyan edir, digər tərəfdən, Zəngəzurda yeni müharibəyə hazırlıqdan bəhs edirlər. Ermənistan mediası hazırda bu istiqamətdə təbliğatı gücləndirib, xüsusilə hakimiyyətə yaxın informasiya resurslarının fəallığı müşahidə edilir.

Süjetdə diqqətə çatdırılır ki, Ermənistanda Paşinyanın Rusiyaya səfərinin əsas məqsədinin Zəngəzur dəhlizini müzakirə etmək olduğu fikrindədirlər. Erməni politoloq Suren Surenyants qeyd edib ki, Paşinyan Rusiyada “Biz ABŞ-nin yolun icarəyə götürülməsi ilə bağlı təklifini qəbul etmədik” sözünü çatdırıb.

Sonda vurğulanır ki, Ermənistan hakimiyyəti pərdəarxası oyunlar oynamağa çalışır. Ermənistan üçün yeganə çıxış yolu Zəngəzur dəhlizinin açılması – Azərbaycanın Naxçıvana maneəsiz keçidinin təmin edilməsidir. Bunun alternativi yoxdur. Alternativ axtarışları Ermənistan üçün yaxşı perspektivlər vəd etmir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Əvvəlki Yazı

Xalq artisti Arif Babayev vəfat edib

Növbəti Yazı

DİN: Son sutkada cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.