Avqust 12, 2025-3:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MANŞET

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

2025:08:02 - 12:35
in MANŞET
A A

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Xəzər rayonu Müharibə Veteranları Respublika Xəstəxanasında, Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzində, Xətai rayonu Zığ Sağlamlıq Mərkəzində, Xəzər rayonu 17 nömrəli şəhər poliklinikasında və Nərimanov rayonu 7 nömrəli uşaq poliklinikasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasında, Abşeron rayonu ərazisində yerləşən parklarda, istirahət mərkəzlərində çalışan işçi heyəti və istirahət edən vətəndaşlar arasında, Aran Regional Mərkəzi tərəfindən Naftalan şəhər Gigiyena və Epidemioji Mərkəzin və Mingəçevir şəhər Bələdiyyəsinin işçi kollektivləri ilə, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən ictimai binaların sakinləri ilə, Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayonu, Birinci Şıxlı bələdiyyəsi və kənd sakinləri ilə, Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar rayonu Su Meliorasiya Sistemlərinin istismarı idarəsində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayon Statistika idarəsində, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonu Hil kənd inzibati ərazi dairəsi üzrə (İƏD) nümayəndəlikdə, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzində, Mirzə Ələkbər Sabirin ev-muzeyində, “Basqal Resort & Spa” Kompleksində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Əvvəlki Yazı

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib

Növbəti Yazı

Baş Dövlət Yol Polisi İdarəsinin səhhətində ciddi problemlər olan sürücülərə müraciəti

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.