Onun sözlərinə görə, ərazi üzrə ümumilikdə 506 obyektin icarəyə verilməsi təmin olunub: “Xankəndi şəhərində 374, Ağdərə rayonunda 35, Xocalı rayonunda 97 obyekt sahibkarın istifadəsinə verilib. Obyektlərin əksəriyyəti fəaliyyətə başlayıb. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 56 milyon manatdan çox investisiyanın reallaşması baş tutub. Fəaliyyətə başlamış obyektlər üzrə 2 mindən çox şəxs işlə təmin edilib. Mövcud müqavilələr üzrə digər obyektlər də fəaliyyətə başladığı zaman iş yerlərinin sayı 5 mindən yuxarı olacaq”.