Avqust 11, 2025-21:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Vaşinqton görüşündən böyük gözləntilər var – RƏY

2025:08:07 - 14:34
in SİYASƏT
A A

Sabah Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin üçtərəfli görüşü çərçivəsində sülh sazişi və Zəngəzur dəhlizinin əsas müzakirə obyekti olması gözlənilir.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidov deyib.

O qeyd edib ki, bu iki məsələ ı̇yulun əvvəlində Əbu-Dabidə baş tutan görüşdə də əsas müzakirə mövzuları idi və həmin görüşdə sonra hər iki tərəf rəsmi şəkildə görüşün konstruktiv keçdiyini və bundan sonra da təmasların davam edəcəyini bildirmişdi:

“Nəticədən asılı olmayaq bu kimi görüşlərin baş tutması o deməkdir ki, sülh prosesində irəliləyiş var. Məlumdur ki, Əbu-Dabi görüşünə kimi uzun müddət idi ki, tərəflər arasında rəsmi səviyyədə görüş olmurdu. Tiranadakı görüş qeyri-rəsmi qısa bir dialoq idi. Ona görə də hazırda Vaşinqton görüşündən böyük gözləntilər var, vacib sənədlər imzalana bilər”.


Sultan Zahidov

S.Zahidov vurğulayıb ki, ABŞ Qafqaza son dönəmlər öz marağını daha da genişləndirib:

“Qafqazın strateji əhəmiyyətini Tramp administrasiyası dərk edir. Onların Qafqazda öz geosiyasi planları var – Qafqazın enerji və nəqliyyat qovşağı kimi inkişafından maraqlıdırlar. ABŞ çalışır ki, Zəngəzur dəhlizi açılsın, bu yolla həm Qafqazdakı təsir imkanlarını artırsın, həm də Rusiya və İranı “bypass” edəcək enerji, nəqliyyat xətlərini dəstəkləsin. Bu, ABŞ-nin xarici siyasət strategiyasında vacib elementlərdən biridir. Məhz bu səbəbdən ABŞ Bakı-Tbilisi-Ceyhan, TAP kimi layihələri dəstəkləyən dövlətlərin başında dayanır”.

Əvvəlki Yazı

Astarada 62 yaşlı kişi dənizdə boğulub

Növbəti Yazı

Bakıda Mərkəzi Parka daha 21 hektar ərazi əlavə olunacaq, böyük süni göl yaradılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.