Avqust 13, 2025-13:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Akademik Tofiq İsmayılov” dalğıc gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

2025:08:08 - 11:07
in İQTİSADİYYAT
A A

“Azərbaycan Xəzər Dəniz Gəmişiliyi” QSC-nin (ASCO) “Akademik Tofiq İsmayılov” dalğıc gəmisi əsaslı təmir edilib. Təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.

“Report” ASCO-ya istinadən xəbər verir ki, proses zamanı baş mühərriklər, braşpil, şpil qurğuları, nasoslar, boru sistemləri, elektrik avadanlıqları, heyətin yaşayış yerləri, sanitar qovşaqlar və yeməkxana təmir olunub. Həmçinin gəminin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü sahələrində zədələnmiş sahələr və protektorlar dəyişdirilib.

Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, lövbər qurğuları və zəncirləri sazlanıb, gəminin helikopter meydançasının leyer çəpəri və drenaj (şpiqat) sistemi əsaslı təmir olunub.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni 3 dəst stasionar radiostansiyalar, 1 dəst girokompas və 1 ədəd yeni qəza radiomayakı (EPIRB) quraşdırılıb. Həmçinin gəmi yeni “İnmarsat-C” avadanlığı ilə təchiz olunub.

Təmirdən sonra dalğıc gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi istismara qaytarılıb.

“Akademik Tofiq İsmayılov” gəmisinin uzunluğu 91,8, eni 17 metrdir. DP sistemi ilə təchiz olunmuş bu gəmi 300 metrə qədər dərinlikdə dalğıc, 1000 metrə qədər dərin sahələrdə isə digər sualtı işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Əvvəlki Yazı

Şəmkirdə narkokuryerlik edən şəxs saxlanılıb

Növbəti Yazı

Azərbaycanın elektrik şəbəkəsinə ötürüləcək “yaşıl enerji”nin həcmi açıqlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.