May 10, 2025-21:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Laçındakı istixanalar hesabına sakinlərin meyvə-tərəvəz tələbatı ödəniləcək

2023:11:16 - 12:00
in İQTİSADİYYAT
A A
Laçın şəhərindən 8 kilometr məsafədə, Zerti kəndində yerləşən aqro və sənaye parkında bir sıra müəssisələr fəaliyyətə başlayıb. Artıq parkda olan istixanalarda becərmə işləri aparılır. Hər birinin sahəsi min kvadratmetrə yaxın olan 12 istixanada müxtəlif növ tərəvəz və Laçın şəhərinin yaşıllığının artırılması üçün dekorativ gül-çiçəklər yetişdirilir.

“Laçın Abadlıq” ASC-nin direktor müavini Elnur Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Laçın torpağı çox münbitdir. Ona görə də heç bir qatqı olmadan istixanalarda ekoloji cəhətdən təmiz və təbii məhsullar yetişdirmək mümkündür.

“Laçın şəhərinin meyvə və tərəvəzlə təmin olunması məqsədi ilə bu istixanaların fəaliyyət sahəsinin genişləndirilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə Laçın şəhəri ərazisində yarmarka tipli açıq və qapalı böyük bir bazarın tikintisi nəzərdə tutulub, layihə artıq hazırdır. Əsas məqsəd istixanalarda yetişdirilən məhsulların satışını təmin etməkdir. Gələcəkdə məskunlaşma prosesi başa çatdıqdan sonra yaxın ərazilərdə yerləşən əhalinin də istehsal etdikləri ərzaqların, xüsusən də meyvə-tərəvəzin, ət-süd məhsullarının həmin bazarlarda satışı təşkil olunacaq. Ümumiyyətlə, Laçında əhalinin meyvə və tərəvəzə tələbatını buradakı istixanalar hesabına təmin etmək mümkün olacaq”, – deyə E.Abdullayev bildirib.İstixanalarda çalışanlar elə Laçın sakinləridir. Şaiq Məhərrəmov da onlardan biridir. Deyir ki, 31 il Laçına həsrət qalsa da, ata yurduna qayıdacağı inamını bir gün belə itirməyib: “Prezidentimizin, güclü ordumuzun sayəsində Laçınımıza qovuşduq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə sağlamlıq arzulayıram. Laçın azad edildikdən sonra qısa müddətdə abadlaşdırıldı, hazırda da tikinti-quruculuq işləri davam edir. Biz laçınlılar da burada işlə təmin olunmuşuq. Bizim işimiz istixanada müxtəlif tərəvəzlər, gül-çiçəklər yetişdirməkdən ibarətdir. Laçına qovuşmaq və doğma yurdda çalışmaq çox gözəl hissdir. Laçın hələ daha çox inkişaf edəcək və gözəlləşəcək”.

Əvvəlki Yazı

Azərbaycan səfiri etimadnaməsini Honduras Prezidentinə təqdim edib

Növbəti Yazı

Orxan Məmmədov: “Biznes mühitinin dəstəklənməsi təşəbbüsləri müsbət qarşılanır”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.