“15 il müddətində həmkarlar təşkilatlarına ayrılan vəsaitdə artım olmayıb. Yalnız son iki ildə dövlət büdcəsindən vəsait artımı olub. Lakin qiymət artımları bizim zərərlə işləməyimizə gətirib çıxarır”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Səttar Möhbalıyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
O bildirib ki, əvvəl ümumi vəsaitdən 35 min qalıq qalırdısa, indi cəmi 12 min qalıq qalır.