İyun 21, 2025-12:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

“Bakı KOB evi”ndə sahibkarlara daha çox xidmət göstərən qurumlar bəlli olub

2023:11:23 - 14:48
in GÜNDƏM
A A

Cari ilin yanvar-oktyabr aylarında “Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 232 minə yaxını beş dövlət qurumu tərəfindən göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-oktyabr aylarında sahibkarlar “Bakı KOB evi”nə daha çox (204520 müraciət) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətləri üçün müraciət ediblər. Siyahıda növbəti yerləri 17947 xidmətlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, 5074 xidmətlə Dövlət Vergi Xidməti, 2912 xidmətlə Dövlət Gömrük Komitəsi, 1154 xidmətlə Fövqəladə Hallar Nazirliyi tutur. Sahibkarlar adıçəkilən qurumlara biznes fəaliyyəti üçün zəruri olan icazə, mənşə sertifikatı və digər sənədlərin alınması, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər.

Ümumilikdə bu dövrdə “Bakı KOB evi”ndə sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 248262 xidmət göstərilib. Bu xidmətlərin 233735-i (94,15%) dövlət qurumları, 14527-si (5,85%) isə özəl qurumlar tərəfindən göstərilib.

Qeyd edək ki, “Bakı KOB evi”ndə sahibkarlara 35 dövlət qurumu tərəfindən biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyəti zamanı zəruri olan 300-dən çox “G2B” və 15 özəl qurum tərəfindən 80-dən çox “B2B” xidmətlər göstərilir. Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, mənşə sertifikatı və digər sənədlər, kommunal xidmətlərə qoşulma, vergi, gömrük, qida təhlükəsizliyi, aqrar sahə üçün subsidiyalar, bank, sığorta, daşıma, notariat və digər xidmətlər üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər.

Əvvəlki Yazı

İlham Əsgərov: Məqsədimiz Milli Teatrı dünyanın məşhur teatrlarının yaxın tərəfdaşı etməkdir

Növbəti Yazı

Peskov: Rusiya və Çin öz mövqelərində möhkəm dayanırlar, ABŞ-ın təzyiqi faydasızdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.