Kiyevin 2000-ə yaxın sakini Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Korrupsiyaya Qarşı İxtisaslaşdırılmış Prokurorluğun (SAP) müstəqilliyini faktiki olaraq aradan qaldıran qalmaqallı qanuna etiraz etmək üçün küçələrə çıxıb. Bu barədə Ukraynanın “Obşchestvennoye. Novosti” nəşri məlumat yayıb.
Onun sözlərinə görə, etirazçılar həmçinin proyektor vasitəsilə mitinqin keçirildiyi meydanda İvan Franko Teatrının binasında “Hands off NABU and SAP” yazısını nümayiş etdiriblər.
Bundan əvvəl analoji aksiyalarda Dnepr (keçmiş Dnepropetrovsk), Lvov, Odessa, Poltava, Rivne və Ternopil şəhərlərinin sakinləri iştirak ediblər. Paytaxtda etirazçılar həmçinin Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın istefasını tələb edib və bu qurumun ölkənin həyatında hökmranlığından narazılıqlarını bildiriblər. Öz növbəsində Radanın deputatı Yaroslav Jeleznyak bildirib ki, Kiyevdəki mitinqdə min nəfər iştirak edib.