May 14, 2025-9:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

2023-cü il ölkə kitabxanaları üçün çoxsaylı tədbirlərlə yadda qaldı

2023:12:29 - 13:59
in MƏDƏNİYYƏT
A A

Bu ilin noyabrında Bakı Ekspo Mərkəzində təşkil olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisini yola salmağa hazırlaşdığımız 2023-cü il üçün kitab və kitabxana sahəsində ən böyük tədbir hesab edə bilərik. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib. Sərgi müddətində müxtəlif formatda 220-dən çox tədbir keçirilib. Bununla yanaşı il ərzində paytaxtda və bölgələrdə fəaliyyət göstərək kitabxanalarda onlarla tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bu il ərzində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra kitabxanalar xüsusilə fərqlənib.

Bu il ölkəmizin baş kitabxanası – M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası üçün xüsusilə əlamətdar olub. Belə ki, kitabxananın fəaliyyətə başlamasının 100 illiyi qeyd olunub. Dövlət başçısı tərəfindən kitabxananın yubileyi ilə əlaqədar Sərəncam imzalanıb. Milli Kitabxananın 100 illiyi münasibətilə ölkəmizdə və xaricdə bir sıra tədbirlər təşkil olundu.

Sentyabr 20-22-də 30 ölkədən gələn milli kitabxana direktorlarının və 60-dan artıq xarici və yerli mütəxəssislərin iştirakı ilə “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda beynəlxalq elmi-praktik konfrans, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) 27-ci illik iclası, İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının 6-cı iclası, “Türk dünyası ədəbiyyatının talantları” mövzusunda dəyirmi masa keçirilib. Eyni zamanda qazax ədəbiyyatının görkəmli nümayəndəsi Kemel Tokayevin Azərbaycan dilində işıq üzü görən “Gecə açılan atəş” və XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin qazax dilində çap olunan “Dağların qəlbi” kitablarının təqdimat mərasimləri təşkil edilib.

Dekabrın 20-də Ankarada Türkiyə Milli Kitabxanasında, ayın 22-də isə TÜRKSOY-un iqamətgahında kitabxananın 100 illiyi ilə bağlı tədbirlər keçirilib.

Bundan əlavə, “Azərbaycan Milli Kitabxanasının 100 illiyi” yubiley medalı, “Milli Kitabxananın fəxri oxucusu” bileti hazırlanıb, “100 illik yol” sənədli filmi və qısa sənədli işləri lentə alınıb.

İl ərzində Milli Kitabxanada Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə müxtəlif səpkili tədbirlər keçirilib. Bundan əlavə, “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” adlı ənənəvi və elektron kitab sərgiləri, Nizami Gəncəvi irsinə aid dünya milli kitabxanalarından gətirilmiş 206 əlyazmanın digital nüsxələrinin və çap surətlərinin təqdimat mərasimləri təşkil olunub. Həmçinin “Milli Kitabxananın qızıl fondundan”, “Milli musiqi xəzinəmizdən” və “Milli Kitabxananın nəşrləri” adlı kitab sərgiləri də keçirilib.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası il ərzində “Heydər Əliyev İli” və digər əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər, kitab təqdimatları həyata keçirib.

Kitabxanada müxtəlif mədəni-kütləvi tədbirlər, müəlliflərlə görüşlər, imza günləri təşkil edilib. IX Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Gənclər Kitabxanasının “Ulduz” jurnalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində gənc yazarlarla görüş təşkil olunub. Həmçinin kitabxanada Azərbaycan Ədəbiyyat Fondu və “Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Müharibə dövrü ədəbiyyatı” mövzusunda dinləmə təşkil edilib. Tədbirdə Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında ədəbiyyatın böyük rolu olduğu vurğulanıb, Vətən, Zəfər mövzusunda qələmə alınmış şeirlər səsləndirilib.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası da 2023-cü ili müxtəlif tədbir və layihələr, kitab təqdimatları ilə başa vurub.

Kitabxana tərəfindən “Heydər Əliyev İli” ilə bağlı müxtəlif tədbirlər keçirilib. Kitabxanada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Kitabxana işinin inkişafında Heydər Əliyev irsinin rolu” mövzusunda respublika kitabxanalararası elmi-nəzəri konfrans keçirilib. Konfrans çərçivəsində eyniadlı elektron məlumat bazası təqdim olunub.

Bundan başqa, Heydər Əliyevin uşaqlara diqqət və qayğısını işıqlandırmaq məqsədilə “Heydər Əliyev və uşaqlar” adlı tövsiyə biblioqrafiyası hazırlanaraq virtual rejimdə oxucuların istifadəsinə verilib.

Cari ildə kitabxana tərəfindən təsis olunan “Göy qurşağı” jurnalının 4 nömrəsi işıq üzü görüb.

İl ərzində kitabxana tərəfindən Firidun bəy Köçərlinin (1863-1920) anadan olmasının 160 illiyi münasibətilə silsilə tədbirlər keçirilib, böyük maarifçi ilə bağlı elektron məlumat bazası, “Firidun bəy Köçərli – 160” adlı tövsiyə biblioqrafiyası hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Uşaqların dünyagörüşünün formalaşmasında, həyat və təbiət haqqında təsəvvürlərin yaradılmasında böyük rol oynayan Azərbaycan uşaq folklorunun ilk antologiyası olan F.Köçərlinin “Balalara hədiyyə” kitabı yeni tərtibatda çapdan çıxıb.

İl ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən MKS-lərin mərkəzi kitabxanaları və filialları, həmçinin regional mədəniyyət idarələrinin əhatə etdiyi kitabxanalarda da müxtəlif tədbirlər keçirilib, sərgilər təşkil olunub.

Əvvəlki Yazı

Bloomberg: ABŞ gəmiçilik şirkətlərini Qırmızı dənizdə fəaliyyətini davam etdirməyə inandırır

Növbəti Yazı

Reuters: G7 liderləri fevralda Rusiya aktivlərinin müsadirəsinin hüquqi əsaslarını müzakirə edəcəklər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.