2023-cü il Nobel Sülh Mükafatı iranlı fəal və İrandakı insan haqları təşkilatının vitse-prezidenti Nərgiz Məhəmmədiyə verilib. Bu barədə İsveç Kral Elmlər Akademiyasının Nobel Komitəsi məlumat yayıb.
Nobel Komitəsinin sədri Berit Reiss-Andersenin laureatı təqdim edərkən izah etdiyi kimi, “builki Sülh Mükafatı da ötən il İranda qadınlara qarşı ayrı-seçkilik və təzyiqə qarşı çıxış edən yüz minlərlə insana verilir”.
Hazırda Nərgiz Məhəmmədi həbsdədir. Bununla belə, Nobel Komitəsinin nümayəndəsinin sözlərinə görə, o, 2023-cü ildə həbs olunduqdan sonra belə qadın hüquqlarına etirazların səngiməməsinə çalışıb. (Reutera)