İstər Gürcüstan daxilində, istərsə də xaricdə müəyyən qüvvələr 2023-cü ildə bir neçə dəfə ölkədə hakimiyyətin zorakı yolla devrilməsi üçün zəmin hazırlamağa cəhd edib. Bunu Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili deyib.
“2023-cü ildə müxtəlif aktorlar tərəfindən siyasi vəziyyəti gərginləşdirmək və hakimiyyəti zorla devirmək üçün zəmin hazırlamaq cəhdləri dəfələrlə qeydə alınıb zəruri qabaqlayıcı tədbirlər bizə dağıdıcı proseslərin inkişafının qarşısını almağa imkan verdi”, – deyə Liluaşvili 2023-cü il üçün hesabatla parlamentdə çıxış edərkən bildirib.
Xüsusi xidmət rəhbəri qeyd edib ki, buna cəhd edən qüvvələr həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda olub. Hökuməti devirmək planlarını həyata keçirmək üçün onlar “resursları səfərbər etməyə” çalışdılar.
Liluaşvili onu da bildirib ki, Gürcüstanda xarici xüsusi xidmət orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən biri milli azlıqlar arasında mövqelərin gücləndirilməsindən, o cümlədən milli və dini zəmində münaqişələrin qızışdırılması da daxil olmaqla, mövcud hakimiyyətə qarşı istifadə etməkdir. (Tass)