Prezident İlham Əliyevin atdığı hər addım dünyaya bir mesajdır. Yəni Azərbaycan müstəqil dövlətdir və heç kim onun işinə qarışa bilməz.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin dekabrın 22-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət başçısı artıq Xankəndidə atəş səsi üçün yox, futbol oyununun başlaması üçün komanda verir: “Hansı ki, 30 ildən artıqdır xalqımız bunu gözləyirdi. Artıq həmin ərazilərdən top, atəş səsləri yox, traktor, kombayn səsləri gəlir və quruculuq işləri gedir. Bax budur Prezidentin xalq və dövlət üçün etdikləri”.
“Əfsus ki, bu cür addımlar atılanda xalqın sevincinin həddi-hududu olmayan zaman antimilli qüvvələr öz ağalarının tapşırığı ilə müəyyən addımlar atmaqla məşğul olurlar. Onlar başqa ölkələrə müraciət edərək Azərbaycana qarşı sanksiyaların qəbulunu istəyirlər. Heç Ermənistan parlamentinin nümayəndələri, siyasi partiyaların üzvləri başqa ölkələrə müraciət etmirlər. Futbol oyununa sevinməyən erməni qüvvələr, yaxud dünyada Fransa və digərləridirsə, içimizdə də məhz həmin qüvvələrdir. Sevinmək əvəzinə dərdlərindən ölürdülər. Ona görə də Prezident İlham Əliyevin hər atdığı addım onlara mesajdır ki, Azərbaycan müstəqil dövlətdir”, – deyə S.Novruzov bildirib.