İyun 22, 2025-23:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

2024:01:08 - 10:39
in İQTİSADİYYAT
A A

Malayziyanın nüfuzlu malaydilli nəşrlərindən olan, bu ölkə ilə yanaşı İndoneziya və Bruneydə də yayımlanan “Utusan Malaysia” qəzetində ölkəmizin iqtisadi potensialı və investisiya imkanları barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Malayziyadakı səfiri İrfan Davudovun qəzetə müsahibəsində malayziyalı investorlar Azərbaycana, xüsusən də Ələt Azad İqtisadi Zonasına sərmayə yatırmağa dəvət edib. “Müstəqillik əldə etdikdən sonra Azərbaycanın Malayziya ilə siyasi əlaqələri hər zaman yüksək səviyyədə olub. Biz bu münasibətləri hər iki ölkəyə fayda verəcək iqtisadi əlaqələrə çevirmək istəyirik”, – deyə səfir bildirib.

Diplomat Azərbaycanın iqtisadi inkişafı fonunda enerji siyasətinin uğurlarına xüsusi diqqət yönəldildiyini bildirib, neft və qaz ilə yanaşı, bərpaolunan enerji potensialımız barədə də geniş məlumat verib. Bundan əlavə, Azərbaycanın son illərdə genişləndirilmiş nəqliyyat infrastrukturunun regional və qlobal miqyasda təklif etdiyi imkanlar, tranzit yükdaşımalar üzrə tətbiq olunan innovativ təcrübələr barədə məlumat verilib, Azərbaycanın Xəzər dənizindəki strateji mövqeyindən Mərkəzi Asiya, İran və Türkiyə, eləcə də bir sıra Avropa ölkələrinə çıxış qapısı kimi istifadə oluna biləcəyi vurğulanıb.

Səfir, həmçinin qeyd edib ki, malayziyalı sərmayədarların Azərbaycana potensial investisiyaları nəzərdən keçirmələri iki ölkə arasında münasibətlərin möhkəmlənməsi ilə yanaşı, ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına da töhfə verəcək.

“Səfirlik ölkəmizdə iqtisadi imkanların araşdırılmasında maraqlı olan istənilən təşkilata, o cümlədən Azərbaycanda işgüzar səfərlərin və siyasətçilərlə görüşlərin təşkilində köməklik göstərməyə daima hazırdır”, – deyə səfir vurğulayıb.

Əvvəlki Yazı

Yüz yaşlı şəhid anası doğum günündə ziyarət edilib

Növbəti Yazı

Ötən il ARDNF-nin “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.