Azərbaycanda polis ötən gün narkotik vasitələrin aşkar olunması istiqamətində bir sıra əməliyyat tədbirləri görüb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 27-də ümumi çəkisi 35,6 kiloqramdan artıq narkotik vasitə, həmçinin 101 ədəd metadon həbi aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.