Avqust 28, 2025-22:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Araz” supermarketlər şəbəkəsini mükafatlandırdı

2024:02:22 - 17:39
in İQTİSADİYYAT
A A

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən 2 nominasiya üzrə mükafatlandırılıb.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qruplara dəstək məqsədli korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə “Araz” 2023-cü ildə korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi layihələrə görə – “Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” və “Məşğulluq tarixçəsi olmayan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyaları üzrə birinci yerə layiq görülüb.

Şirkət 5 nominasiyada – “Gənclərin (20 yaşadək) məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Əmək və məşğulluq” altsistemi üzərindən ən çox işəqəbul edən ən aktiv sosial tərəfdaş”, “Əmək və məşğulluq” altsisteminə ən çox vakansiya yerləşdirən özəl sosial tərəfdaş” və “Məşğulluq orqanında 1 ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyaları üzrə ikinci yerdə qərarlaşıb.

Mükafatlandırma mərasimində, həmçinin “Araz” supermarketlər şəbəkəsi 2023-cü ildə həyata keçirilən “Məşğulluğa Dəstək” Korporativ Sosial Məsuliyyət layihəsində aktiv iştirakına görə Dövlət Məşğulluq Agentliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

“Araz” supermarketlər şəbəkəsi ötən il 3698 qadını işlə təmin edib. Həmçinin 4229 nəfər məşğulluq tarixçəsi olmayan şəxs “Araz”da əmək fəaliyyətinə başlayıb.Report

Əvvəlki Yazı

Professor Vaqif Novruzovun biblioqrafik göstəricisi nəşr edilib

Növbəti Yazı

Ombudsmanın Milli Preventiv Qrupu Suriyadan gətirilən azərbaycanlılarla görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.