İyun 22, 2025-2:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan və Xorvatiya alternativ enerji sahəsində əməkdaşlığı müzakirə edib

2024:03:13 - 16:04
in İQTİSADİYYAT
A A

Azərbaycan və Xorvatiya iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu müzakirələr Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan arasında keçirilən görüşdə aparılıb.

M. Cabbarovun Damir Habijan ilə görüşündə iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdiyini vurğulanıb. Qeyd edilib ki, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi üçün məqsədyönlü təşəbbüslər həyata keçirilir.

Qarşılıqlı işgüzar səfərlər, biznes dairələri arasında əlaqələrin genişlənməsi iqtisadi-ticarət əlaqələrinin güclənməsinə töhfə verir. Ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, 2024-cü ilin yanvar ayında ticarət dövriyyəsi 4 dəfəyə yaxın artıb. Xorvatiya ilə ticarət, investisiya, sənaye, bərpa olunan enerji, minatəmizləmə, turizm və digər istiqamətlər üzrə tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar var.

Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün yaradılmış imkanlar, işğaldan azad olunmuş ərazilərimizin biznes potensialı haqqında məlumat verilib, xorvatiyalı sərmayədarlar ölkəmizdəki biznes fürsətlərindən yararlanmağa dəvət edilib.

Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin inkişafına önəm verdiyini, tərəfdaşlığın gücləndirilməsi istiqamətləri barədə fikirlərini qeyd edib. Vurğulanıb ki, enerjinin Avropa bazarlarına çatdırılması üçün həyata keçirilən layihələr Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolunu artırır.

Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi, birgə investisiyaların və ticarətin təşviqi, alternativ enerji və sənaye üzrə əməkdaşlıq, həmçinin işgüzar dairələr arasında işbirliyinin gücləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

Əvvəlki Yazı

BDU-nun Hüquq fakültəsi Avropa Hüquq Fakültələri Assosiasiyasına tamhüquqlu üzv seçilib

Növbəti Yazı

️ Qubada dağlıq ərazidə çətin vəziyyətdə qalan əcnəbi vətəndaşa polis əməkdaşları kömək edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.