Avqust 11, 2025-11:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələrinin Mingəçeviri raket atəşinə tutması nəticəsində zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər

2025:08:04 - 16:50
in SİYASƏT
A A
Avqustun 4-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən İnqilab Məmmədov 44 günlük Vətən müharibəsi zamanı yaşadığı Mingəçevir şəhərində mülki şəxs kimi zərər çəkdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, İnqilab Məmmədov 2020-ci il oktyabrın 4-də raket düşməsi nəticəsində ikimərtəbəli evinin dağıldığını, özünün və üç azyaşlı övladının dağıntılar altında qalaraq xəsarətlər aldığını söyləyib. Qeyd edib ki, evinin ətrafında heç bir hərbi obyekt yoxdur. “Sonradan öyrəndik ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən atılan “Smerç” raketidir”, – deyə o bildirib.

İfadə verən Elçin Bağırov da həmin gün Mingəçevirdə evinin yaxınlığına “Smerç” raketi düşməsi nəticəsində maddi və mənəvi zərər çəkdiyini deyib. O, hadisə nəticəsində özünün, anası Nabat Bağırovanın və dayısının yaralandığını söyləyib. Bildirib ki, dayısı aldığı xəsarətlər nəticəsində iş qabiliyyətini itirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Əvvəlki Yazı

ADA Universitetinin 2023-2024-cü tədris ili üzrə məzunlarının məşğulluq göstəricisi 90 faizdir

Növbəti Yazı

Anar Abdullayev məhkəmə zalında həbs olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.