Avqust 27, 2025-1:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

FAO Naxçıvanda kənd təsərrüfatı sahəsində yeni layihələrin icrasına dəstək verəcək

2024:03:14 - 11:10
in İQTİSADİYYAT
A A

Keçən ildən başlayaraq FAO-nun dəstəyi, beynəlxalq və yerli ekspertlərin iştirakı ilə Naxçıvanın kənd təsərrüfatı sahəsində potensialı araşdırılır, problemlər, perspektivlər və reallaşdırılacaq layihələrin konsepti hazırlanır. Bu məqsədlə missiya təşkil olunub, Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu istiqamətdə araşdırmalar aparılır.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan nümayəndəliyinin əməkdaşı Namiq Məmmədov söyləyib.

O deyib: “Artıq bir neçə istiqamət müəyyənləşib, hansı ki, biz o istiqamətlərdə layihələrimizin hazırlanmasını planlaşdırırıq. Bunlardan birincisi “Orqanik Naxçıvan” layihəsinə dəstək verməkdir. Burada əsas məsələ həm mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də standartların tətbiqi, kadrların hazırlanması ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir. Eyni zamanda, beynəlxalq təcrübənin araşdırılması və təcrübə sayəsində Naxçıvanda bu sahənin inkişafına kömək göstərmək də nəzərdə tutulub. Digər layihələr isə heyvandarlıq və bitkiçilik sahələrini əhatə edəcək. İlin sonunadək yerli və xarici donorlarla layihələrin seçimi, maliyyələşdirilməsi barədə məsləhətləşmələr aparıldıqdan sonra konkret məzmun, büdcə, iş planı təsdiqlənib hökumətə təqdim olunacaq. Hesab edirəm ki, növbəti ildən artıq həmin layihələrin icrasına başlanılacaq”, – deyə Namiq Məmmədov əlavə edib.

Əvvəlki Yazı

Məmməd Abbasbəyli: İstehlakçı hüquqlarının pozulmasının qarşını almaq üçün lazımi addımlar atılmalıdır

Növbəti Yazı

Prezident İlham Əliyev BMT Baş katibinin siyasət üzrə müavinini qəbul edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.