İyun 22, 2025-6:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Təhsil Tələbə Krediti Fondu Naxçıvanda abituriyentlərlə görüş keçirib

2024:03:27 - 17:40
in SOSİAL
A A

Martın 27-də Təhsil Tələbə Krediti Fondu Naxçıvanda ilk dəfə olaraq muxtar respublikanın ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri ilə görüş keçirib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, görüşdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri vəzifələrini müvəqqəti icra edən Şikar Hüseynov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması ali təhsilə və aztəminatlı təbəqədən olan gənclərə dövlət qayğısının bariz nümunəsidir.

Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Tehranağa Abdullayev iştirakçıların diqqətinə çatdırıb ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Vurğulanıb ki, kreditlər veriləndə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi ilkin şərtdir. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verilir. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da verilir.

Görüşdə abituriyentlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, görüş Naxçıvan şəhər və Babək rayonunun ümumtəhsil məktəblərində təhsil alan abituriyentlərlə keçirilib. Növbəti günlərdə fondun əməkdaşları tərəfindən digər rayonlarda da abituriyentlərlə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Əvvəlki Yazı

Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub

Növbəti Yazı

Sumqayıtda xəstəxananın həyətindən körpə meyiti aşkarlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.