İyun 15, 2025-13:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

5-ci “Yerli şirkətlərin tanıtım sərgisi”nin yekunu münasibətilə axşam ziyafəti keçirilib

2024:07:03 - 12:15
in İQTİSADİYYAT
A A
24-26 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmiş 5-ci “Yerli şirkətlərin tanıtım sərgisi”nin yekunu münasibətilə iyulun 1-i axşam ziyafəti baş tutub.Tədbirdə rəsmi qonaqlar, sərgi iştirakçısı olan sahibkarlar və şirkət nümayəndələri iştirak edib.Tədbirin rəsmi hissəsində açılış nitqilə çıxış edən “Marsol Group” və “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” (İCMA) İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Mustafayev öz çıxışında tədbir iştirakçılarına uğurlar arzulayıb.Daha sonra, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin I müavini Natiq Həsənov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, Milli Məclisin Deputatı Vüqar İskəndərov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev çıxış edərək sərginin yerli bizneslərin daha da inkişafına, sahibkarlıq ekosisteminin canlanmasına mühüm töhfə verdiyini bildirib.Rəsmilərin çıxışlarından sonra tədbirin bədii hissəsində sərginin təşkil olunmasında dəstək göstərən və sərgidə öz stendi ilə fərqlənən şirkətlər plaketlə təltif olunaraq mükafatlandırılıblar.Sərgidə “Ən kreativ stend” nominasiyasına layiq görülən “Gültekin Logistics”, “Ən nümunəvi stend” nominasiyasına layiq görülən “Master Tools”, “Ən innovativ məhsul stendi” nominasiyasına layiq görülən “Pro Capsule”, “Ən aktiv stend” nominasiyasına layiq görülən “BF Group” şirkəti eləcə də tərəfdaşlar və sərgi dəstəkçiləri plaketlə təltif olunub, tədbir möhtəşəm şou proqramla davam edib.KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank” ASC-nin rəsmi tərəfdaşlığı ilə keçirilən 5-ci “Yerli şirkətlərin tanıtım sərgisi”ndə tekstil, qida, İKT, təhsil, inşaat, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub, sərgidə 20000-dən çox ziyarətçi iştirak edib.Sərginin təşkil olunmasında “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası”, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Reklam Agentliyi, “Gültekin Logistics”, “Archico Engineering Company”, “Regional Construction Group”, “Construction Business Group”, “Crystal Group”, “Moon Group”, “BHB Strategic & Creative Co.”, “Birgə və Sağlam” İctimai Birliyi dəstək göstərib.Sərginin yekun mərasimi, yerli şirkətlər arasında yeni iş və əməkdaşlıq imkanlarının, gələcək əməkdaşlıqlar üçün ilkin razılaşmaların yaranmasında mühüm rol oynayıb.Report.

 

 

Əvvəlki Yazı

Naxçıvanda müəllimlərin işə qəbul üzrə müsabiqənin test imtahanının növbəti mərhələsinə 375 namizəd dəvət edilib

Növbəti Yazı

Qədim Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalına hazırlaşır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.