İyun 14, 2025-1:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

2023:09:28 - 17:00
in Din və fəlsəfə
A A

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Aşurbəylilərin embleminin təsvir olunduğu xatirə medalını təqdim edib.

“Report” xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Paşazadə xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini inşa etdirmiş Nabatxanım Aşurbəylinin nəvəsi, Azərbaycanda səfərdə olan tanınmış soydaşımız – iş adamı, ictimai xadim, texnika elmləri doktoru İqor Rauf oğlu Aşurbəyli ilə görüşüb.

Səmimi şəraitdə keçən görüşdə Nabatxanım Aşurbəylinin tikdirdiyi Təzəpir məscidinin tarixi əhəmiyyətindən, Azərbaycan, Qafqaz müsəlmanlarının həyatında böyük rolundan ətraflı danışılıb. Öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş N. Aşurbəylinin xatirəsi ehtiramla anılıb, ruhu dualarla yad edilib.

Şeyxülislam A.Paşazadə Aşurbəylilər nəslinin tarixində böyük rolunu rəğbətlə vurğulayıb, bu nəslin tanınmış nümayəndələrinin dəyərli fəaliyyətlərindən danışıb. Bildirib ki, Azərbaycan xalqı və dövləti bu məşhur nəslin nümayəndələri, onların milli-mənəvi dəyərlərə töhfələri ilə fəxr edir.

İ.Aşurbəyli, öz növbəsində, Şeyxülislam Allahşükür Paşazadəyə zaman ayırıb onunla görüşdüyünə görə təşəkkürlərini bildirib. İ.Aşurbəyli Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən hər bir azərbaycanlı kimi fəxarət duyduğunu bildirib.

Daha sonra mənsub olduğu Aşurbəylilər nəslinin tarixçəsindən danışan İ.Aşurbəyli bildirib ki, nəsil şəcərəsinə aid şəxslərin Azərbaycan xalqına xidmət edən əməlləri ilə qürur duyur. Bu əsnada İ. Aşurbəyli Şeyxülislam A.Paşazadəyə Aşurbəylilərin embleminin təsvir olunduğu xatirə medalını təqdim edib.

O, QMİ sədrini yaxın günlərdə Aşurbəyli şəcərəsinin 280 illiyi münasibətilə keçirəcəkləri tədbirə dəvət edib.

Əvvəlki Yazı

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum 1139 uşağın fərdi inkişaf planı tərtib olunub

Növbəti Yazı

Azərbaycan PA: “Qarabağda yaşayan ermənilərin qeydiyyatı aparılacaq”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.