Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zakir Minad oğlu Muradovla Xaçmaz rayonunun Yeni Sudur kəndində keçirilən vida mərasimi başa çatıb.
“Report”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Yeni Sudur kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Xaçmaz Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.